Türkiyənin Azərbaycandakı sabiq səfiri danışdı, Avstriya qarışdı
Lent.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, Qədri Ecved Tezcan deyib ki, Avstriyada türklərin cəmiyyətə inteqrasiyasında problem varsa, bunun günahkarı Avstriya hökumətidir.
Səfir bildirib ki, türklər Vyanada bələdiyyə evlərində həmişə eyni səmtdə yerləşdirilirlər: “Avstriyalı ailələr isə etnik azlıqların çoxluq təşkil etdiyi məktəblərə uşaqlarını göndərmirlər. Yəni türklər bir bucağa sıxışdırılırlar. Türklər bu ölkədə xoşbəxtdirlər, sizdən bir şey istəmirlər. Sadəcə, bir bucağa sıxışdırılmış virus münasibəti görmək istəmirlər”.
Avstriya Xarici İşlər Nazirliyinin sözçüsü Alexander Schallenberg isə Qədri Ecved Tezcanın açıqlaması ilə bağlı dərhal Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib. Avstriya xarici işlər naziri Michael Spindelegger səfirin nazirliyə çağırılmasının ardından türkiyəli həmkarı Əhməd Davudoğlunu telefonla arayıb və bu məsələni müzakirə edib. Avstriyanın Türkiyədəki səfiri də Türkiyə Xarici İşlər Nazirliyindən görüş tələb edib.
Qeyd edək ki, Qədri Ecved Tezcan Türkiyənin Azərbaycanda səfiri olub.

Oxşar yazılar

Qadın bodibildinq çempionunu çəkiclə öldürdülər
20 iyun 2025 , 20:42
Ərdoğan İstanbulda Paşinyanı qəbul etdi
20 iyun 2025 , 20:16
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
20 iyun 2025 , 17:17
Qadın həkimə getdi, kişi olduğu üzə çıxdı - ŞOK
20 iyun 2025 , 15:53
İranda daha bir nüvə alimi öldü
20 iyun 2025 , 15:23
İsrailin 5 casusu İranda məsciddə TUTULDU
20 iyun 2025 , 12:40
SON DƏQİQƏ: İranın XİN rəhbərinə qarşı sui-qəsd oldu
20 iyun 2025 , 07:25