Tehran nüvə proqramı ilə bağlı danışıqlardan imtina etdi
İranın özünün nüvə proqramını dünyanın aparıcı dövlətləri ilə müzakirə etməyəcək. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad dövlət televiziyasında çıxışı zamanı belə bir bəyanat verib.
Mahmud Əhmədinejad deyib ki, İranın nüvə fəaliyyəti müzakirə olunmayacaq: “Ancaq Tehran digər vacib regional və dünya problemləri ilə bağlı danışıqlara hazırdır”.
Qeyd edək ki, hələ dünən İran xarici işlər naziri Mənüçöhr Möttəki ölkəsinin nüvə proqramı ilə bağlı ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniyadan ibarət “6-lar”la danışıqların noyabrın sonunda, dekabrın əvvəlində İstanbulda aparılmasını təklif etdiklərini və noyabrın 15-də danışıqların başlaması barədə razılığa gəlindiyini bildirmişdi.

713