Cib telefonu ilə danışan 200 dollar cərimələnəcək
05 dekabr 2012 01:24 (UTC +04:00)

Cib telefonu ilə danışan 200 dollar cərimələnəcək

Hindistanın Şimalındakı Bihar ştatında qəribə bir olayla bağlı araşdırma işi başlayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu iş qadınlara cib telefonlarından istifadənin yasaqlanması haqdadır.

Tupmani kənd icmasına başçılıq edən kişilər subay, yaxud ərsiz qadınlar evlərindən kənarda cib telefonundan istifadə edəcəkləri halda 200 dollar cərimələnəcəklərinə dair qərar qəbul edib.

Qərar qəbul olunandan sonra 6 ay ərzində 6 qız öz sevgilisi ilə ailə qurmaq üçün evdən qaçıb.

Mənbənin məlumatına əsasən, bu il, bir müddət öncə ölkənin başqa bir kəndində də oxşar qərar qəbul edilmişdi, ancaq onun kağız üzərində qaldığı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3255

Oxşar yazılar