ABŞ-ın 44-cü prezidenti Barak Obama həyat yoldaşı Mişel Obamanı evliliklərinin ildönümü münasibətilə təbrik edib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə “Instagram” səhifəsində paylaşım edib.
"İldönümümüz mübarək, Mişel, sən mehriban, şən və gözəlsən. Sən mənim şansımsan” qeydi ilə həyat yoldaşı ilə birlikdə fotosunu paylaşıb.
Qeyd edək ki, cütlük 1992-ci ildə ailə həyatı qurub. Onların iki qızı var.