Kişilər qadının xarici görünüşünü yalnız vizual olaraq deyil, həm də instinktiv şəkildə qiymətləndirirlər.
Lent.az bu mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir:
Kişilərin ən cazibədar hesab etdiyi üz cizgiləri hansılardır?
Madrid Muxtar Universitetinin tədqiqatçıları bu məsələni araşdırmaq üçün bir eksperiment aparıblar: 266 tələbə qız öz cəlbediciliyini dəyərləndirib. Daha sonra 44 heteroseksual kişi bu qadınların neytral mimika ilə çəkilmiş ağ-qara fotolarını qiymətləndirib.
Əsas meyarlar bunlar olub
Üz simmetriyası
Tipik (orta) görünüş
Yaş
Alimlərin nəticələri
Doktor Enrike Turyeganonun sözlərinə görə, üz simmetriyası, istər qadınların özlərinin, istərsə də kişilərin qiymətləndirməsində cəlbediciliyi müəyyən edən mühüm xüsusiyyətdir. Bundan başqa, kişilər gənc üz cizgilərinə malik qadınları xüsusilə cəlbedici hesab edirlər.
Tədqiqatçılar qeyd ediblər ki, qadınlar isə daha çox qadınsılıq xüsusiyyətlərini yüksək qiymətləndirirlər. Yəni özlərini qiymətləndirərkən vurğu fərqli olur. Kişilər "orta" görünüşlü qadınlara üstünlük veriblər ki, bu da ideal gözəllik haqqında olan stereotiplərlə ziddiyyət təşkil edir. Gənclik də mühüm rol oynayıb – təkamül baxımından bu, sağlamlıq və reproduktivlik əlaməti sayılır.
Bədən quruluşu məsələsində də biologiya işə qarışır
“Bel dairəsi omba dairəsinin 70 faizi qədər olduqda, bu, instinktiv olaraq kişilərə qadının sağlam və mayalanmağa uyğun olduğunu bildirir". Kişilər yalnız gözəl formalar deyil, həm də potensial olaraq sağlam və genetik cəhətdən müxtəlif partnyor axtarırlar. Orta görünüş isə yüksək heteroziqotluqla – yəni genetik pozuntular riskinin az olması ilə əlaqələndirilir.