Kim Kardaşyan və Luis Hamilton arasındakı böyük sevgi  bitdi – Ayrılığın şokedici SƏBƏBLƏRİ
11 iyul 2026 18:04 (UTC +04:00)

Kim Kardaşyan və Luis Hamilton arasındakı böyük sevgi bitdi – Ayrılığın şokedici SƏBƏBLƏRİ

0

Amerikalı televiziya ulduzu Kim Kardaşyan və “Formula -1” pilotu Luis Hamilton arasındakı böyük sevgi sona çatıb. Kim Kardaşyan sosial media hesabından birlikdə çəkdirdikləri bütün şəkilləri silib və Luis Hamiltonu izləməyəi dayandırıb. 

Lent.az xarici mediaya istinadən bildirir ki, iddialara görə, ayrılığa səbəb Luis Hamiltonun keçmiş sevgilisi və Kim Kardaşyanın ögey bacısı Kendall Cenneri unuda bilməməsidir. 

Fotolari sildi və onu izləməyi dayandırdı

Münasibətlərini ictimaiyyətin gözü qarşısında yaşamağı sevən cütlüyün böyük sevgisi sona çatıb. Kim Kardaşyan sosial media hesabından Hamiltonla çəkdirdiyi bütün şəkilləri silib və məşhur pilotu izləməyi dayandırıb.

Ayrılma səbəbi: ögey bacı

Britaniya mətbuatında yer alan iddialara görə, bu böyük sevginin sonunun səbəbi olduqca təəccüblüdür. Hamiltonun keçmiş münasibətləri olan və eyni zamanda Kim Kardaşyanın ögey bacısı olan məşhur model Kendall Cenneri unuda bilmədiyi və bu vəziyyətin münasibətlərdə dönməz bir böhrana səbəb olduğu bildirilir. Kim Kardaşyanın artıq bu vəziyyətə dözə bilmədiyi və münasibətlərə son qoyduğu bildirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar