Gürcüstanda parlament seçkilərinin YEKUN NƏTİCƏLƏRİ
03 dekabr 2020 18:03 (UTC +04:00)

Gürcüstanda parlament seçkilərinin YEKUN NƏTİCƏLƏRİ

Gürcüstan Mərkəzi Seçki Komissiyası (CESKO) oktyabrın 31-də keçirilən 10-cu çağırış parlament seçkilərinin nəticələrini təsdiqləyib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, nəticələrə əsasən hakim "Gürcü Arzusu" partiyası proporsional səslərin 48.22 faizini toplayaraq 60 parlament yeri əldə edib. Hakim partiyanın bundan başqa, 30 majoritar dairənin hər birində qələbə qazanaraq ümumilikdə 90 parlament yeri qazandığı bildirilib.

Müxalif partiyalardan "Vahid Milli Hərəkat- Güc Birlikdədir" 27.18 faiz ( 36 yer), "Avropalı Gürcüstan" - 3.79 faiz (5 yer), "Vətənpərvərlər Alyansı" - 3.14 faiz (4 yer), "Əmək Partiyası" 1 faiz (1 yer), "Vətəndaşlar - Aleko Elisaşvili" - 1.33  (2 yer), "Giorgi Vaçadze -Aqmaşenebeli strategiyası" - 3.15 faiz (4 yer), "Girçi" - 2.89 faiz (4 yer), "Lelo" - 3.15 faiz (4 yer) səs toplayıb.

# 1048
avatar

Oxşar yazılar