Azərbaycanda qış fəslinin başlayacağı vaxt AÇIQLANDI
02 dekabr 2020 12:35 (UTC +04:00)

Azərbaycanda qış fəslinin başlayacağı vaxt AÇIQLANDI

Azərbaycanda qış fəsli dekabrın 21-də başlayacaq.

Bunu Lent.az-a açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib.

Onun sözlərinə görə, qış fəsli dekabrın 21-i saat 14:02:18-də daxil olur.

O bildirib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə olur: "Həmin tarixdə ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə, 38 saniyə olacaq".

# 1948
avatar

Aygün İbrahimli

Oxşar yazılar