407
19:30
17 Noyabr 2020

Koronavirusa qarşı diqqət çəkən kaska: "BioVYZR" - Artıq satışdadır

Maska taxmaqdan təngə gələn Yezin Əl-Qeysi adlı Kanada sakini çoxlarının marağına səbəb olacaq qurğu yaradıb.

Lent.az xəbər verir ki, koronavirusdan qoruyan bu kaska çox rahatdır.

Müasir qurğu sinə və başı tam örtür, eləcə də dəbilqə üzlüyünə malikdir. Bundan başqa, kaskaya batareyalı ventilyator və havanı təmizləyən filtr respirator quraşdırılıb.

Məlumata görə, kanadalı ixtiraçı kaska ilə metroda hərəkət edir və mağazalara gedir ki, bu da ətrafdakıların təəccübünə səbəb olur. Bundan başqa, insanlar kaskanın harada satılması ilə maraqlanırlar. Texnologiya "BioVYZR" adlanır, kaska isə internetdə satılır. / "ictnews"

Dİgər xəbərlər