193
18:49
16 Noyabr 2020

Oyun satan müdafiəçi futboldan ömürlük kənarlaşdırıldı

Rusiyalı müdafiəçi Dmitri Aydov ömürlük futboldan kənarlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı FİFA verib.

38 yaşlı futbolçu dünyanın heç bir ölkəsində futbol fəaliyyəti ilə məşğul ola bilməz. Onun FİFA və quruma üzv federasiyalar tərəfindən təşkil olunan bütün yarış və tədbirlərə girişinə qadağa qoyulub.

Buna səbəb Aydovun danışılmış oyunlarda iştirakı ilə bağlı araşdırmaların nəticəsidir. Onun çıxış etdiyi Belarusun “Qomel” klubunun iştirakı ilə iki belə hadisə aşkarlanıb. Hər iki oyunun verilməsində Dmitri təkbaşına iştirak edib.

O, 2018-ci il iyunun 13-də BATE ilə qarşılaşmaya (0:3) görə sabiq futbolçu Viktor Borovitskidən 12, on altı gün sonra Brest “Dinamo”suna yenilgi üçün (0:6) 10 min dollar alıb.

Qeyd edək ki, Aydov 2017-18-ci illərdə “Qomel”də oynayıb. Bunadək futbolçu Tula “Arsenal”ı, “Anji”, “Torpedo”, “Volqa” və “Nijni Novqorod”da çıxış edib. Hazırda isə Dmitri Nijni Novqorod “Lokomotiv”ini təmsil edir.

Dİgər xəbərlər