65
14:33
16 Noyabr 2020

Müəllimlərin işə qəbulunun müsahibə mərhələsinin NƏTİCƏLƏRİ

Ötən həftə 2020/2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində müsahibə mərhələsinin nəticələri elan edilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Lent.az -a verilən məlumata görə, müraciətçilərin nəticələri barədə məlumatlar https://portal.edu.az/ platformasında şəxsi kabinet bölümündə yer almaqdadır.

Peşə təhsil pilləsinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində uğurlu nəticə göstərən şəxslər noyabrın 16 - 20-də (saat 18:00-dək) aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

Təhsil haqqında diplom;

Şəxsiyyət vəsiqəsi;

Əmək kitabçası.

Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun qəbul olunduğu vakansiyadan imtina etməsi kimi qiymətləndirilir.

2020-2021-ci tədris ili üzrə müəllimlərin peşə təhsil müəssisələrinə işə qəbulu prosesində 98 ümumtəhsil fənn müəllimi, 76 ixtisas fənn müəllimi və istehsalat təlimi ustası olmaqla, ümumilikdə 174 müəllim uğurlu nəticə göstərmiş və sənədlərin təqdim edilməsi üçün dəvət almışdır. Eyni zamanda 50-yə qədər namizədin adı ehtiyat siyahıya əlavə edilmişdir. Təklif edilən vakansiya üzrə çalışmaqdan imtina edənlər olduğu təqdirdə ehtiyat siyahısında yer alan namizədlərə iş təklifinin edilməsi nəzərdə tutulur.

Dİgər xəbərlər