Klublarımız meydana “Qələbəyə bir nəfəs qədər yaxınıq” pankartı ilə çıxdı
08 noyabr 2020 17:27 (UTC +04:00)

Klublarımız meydana “Qələbəyə bir nəfəs qədər yaxınıq” pankartı ilə çıxdı

Azərbaycan Premyer Liqasının IX turunun son oyununda “Sabah” “Zirə”ni qəbul edir.
 
Apasport.az saytının məlumatına görə, “Bank Respublika Arena”da təşkil olunan qarşılaşma zamanı komandalar Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər.
 
Görüşdən öncə futbolçular meydana “Qələbəyə bir nəfəs qədər yaxınıq” sözləri əks olunmuş pankartla çıxıblar. Bununla komandalar Dağlıq Qarabağda terrorçu ermənilərlə mübarizə aparan Orduya dəstək göstəriblər.
 
Səslənən dövlət himni zamanı “Zirə”nin milliləşdirilmiş braziliyalı futbolçusu Riçard Almeydanın da himni oxuması diqqətdən yayınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1468

Oxşar yazılar