Bakı metrosunun yeni tunellərində qazıntı işləri başa çatdı
07 noyabr 2020 11:16 (UTC +04:00)

Bakı metrosunun yeni tunellərində qazıntı işləri başa çatdı

“Bakı metropoliteni” QSC-nin “Xocəsən” deposunu “Avtovağzal” stansiyası ilə birləşdirən tunellərdə qazıntı işləri başa çatıb.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, hazırda sağ tunelin yolu hazırdır, sol tuneldə isə yol-tikinti işləri davam edir.

QSC-dən bildirilib ki, pandemiya şəraitinin xüsusi tələblərinə baxmayaraq, işlər öz axarı ilə davam etdirilir.

Qeyd edək ki, şərti adı “B-3” olan Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan deposunda müasir sistemlərin qurulması Fransanın “Thales” şirkəti tərəfindən həyata keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1226

Oxşar yazılar