111
17:58
06 Noyabr 2020

Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistana köçürülüb - RƏSMİ

Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistana köçürülüb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA -ya faktı təsdiqləyib.

Bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslər Ermənistana köçürülüb.

Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistana köçürülməsi barədə mətbuatda məlumatlar yayılmışdı.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Dİgər xəbərlər