184
14:26
04 Noyabr 2020

“Sivasspor” – “Qarabağ” oyununun hakimləri dəyişdirildi

Avropa Liqasının qrup mərhələsinin “Sivasspor” – “Qarabağ” oyununun hakimləri dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, sabah Sivasda baş tutacaq görüşü isveçrəli Sandro Şarer idarə edəcək.

Onun köməkçiləri Stefan de Almeyda və Bekim Zoqay olacaq.

Onlar portuqaliyalıları əvəz edib. Öncədən Joao Pineyro baş hakim, Tyaqo Joze Pereyra Kosta və Pedro Ribeyro laysman kimi təyinat almışdı.

Dördüncü hakim isə dəyişməyib. Portuqaliyalı Yanku Yoan Vasilisa qalacaq.

Dİgər xəbərlər