"Avroviziya-2027”yə bir illik boykotdan sonra  qayıdan ölkə açıqlandı
25 sentyabr 2026 18:15 (UTC +04:00)

"Avroviziya-2027”yə bir illik boykotdan sonra qayıdan ölkə açıqlandı

0

Niderland bir illik fasilədən sonra “Avroviziya” mahnı müsabiqəsinə qayıdır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Niderlandın ictimai yayım qurumu NPO ölkənin 2027-ci ildə Bolqarıstanın Burqas şəhərində keçiriləcək müsabiqədə iştirakını rəsmən təsdiqləyib.

“2027-ci ildən başlayaraq Niderlandın ictimai yayımçısı ölkəni təmsil edən iştirakçı ilə yenidən “Avroviziya” mahnı müsabiqəsinə qatılacaq”, – NPO-nun açıqlamasında bildirilib.

Niderland daha əvvəl müsabiqənin ətrafında yaranan mübahisəli vəziyyət və İsrailin iştirakı ilə bağlı “Avroviziya”nı boykot edəcəyini açıqlamışdı.

Avqustun sonunda "AVROTROS" beynəlxalq müsabiqədə iştirak etməyəcəyini bildirərək onu “parçalanma platforması” adlandırmışdı. Bundan sonra ölkənin “Avroviziya”dakı iştirakı ilə bağlı məsuliyyət NPO-ya keçib. NPO məsələ ilə bağlı Avropa Yayım Birliyi (EBU) ilə danışıqlar aparıb və nəticədə Niderland 2027-ci ildən etibarən müsabiqəyə qayıtmaq qərarı verib.

NPO bildirib ki, EBU ilə aparılan danışıqlarda “Avroviziya”nın ilkin birləşdirici missiyasının yenidən ön plana çıxarılması tələb edilib. Qurum qeyd edib ki, Niderlandda müsabiqədə iştirak məsələsinə münasibətin birmənalı olmadığını anlayırlar və geosiyasi qeyri-sabitlik, müharibələr və cəmiyyətdə qütbləşmə fonunda müsabiqənin birləşdirici rolunun gücləndirilməsini vacib hesab edirlər.

Bununla yanaşı, ölkənin iştirak formatında dəyişiklik ediləcək. Niderland təmsilçisini bundan sonra müstəqil ekspertlər qrupu seçəcək. Həmin qrup iştirakçının hazırlığına və dəstəklənməsinə də cavabdeh olacaq.

Qeyd edək ki, “Avroviziya-2027” mayın 11, 13 və 15-də Bolqarıstanın Burqas şəhərində keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 38

Oxşar yazılar