Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim təyin edildi
31 oktyabr 2020 12:47 (UTC +04:00)

Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim təyin edildi

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Fərid Vahid oğlu Təqdirov Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilib. 

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, Fərid Təqdirov 1996-2002-ci illərdə Azərbaycan Dövlət Tibb Üniversitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2002-2003-cü illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrahiyyə ixtisası üzrə internatura keçib. 

İlk əmək fəaliyyətinə Respublika Neyrocərrahiyyə Xəstəxanasında nevrocərrah kimi başlayıb, daha sonra Füzuli rayonu N-saylı Tibb Taborunda, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibbi Baş İdarəsinin Hospitalında və müxtəlif özəl tibb müəssisələrində neyrocərrah kimi fəaliyyət göstərib.

# 856
avatar

Aygün İbrahimli

Oxşar yazılar