Qonaq getdikləri evdə qarət olundular
28 oktyabr 2020 19:16 (UTC +04:00)

Qonaq getdikləri evdə qarət olundular

Masallıda iki nəfərin pulu, telefonu və geyim əşyaları oğurlanb.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, oktyabrın 25-də Masallı rayonunun Şərəfə kəndinə qonaq gedən M.Şükürovun 150 manat və 500 ABŞ dolları pulu, digər qonaq E.Novruzovun isə 3 ədəd mobil telefonu və geyim əşyaları oğurlanıb. Bu barədə ev sahibi V.Əbilov özü rayon Polis Şöbəsinə müraciət edərək məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həbibov müəyyən edilərək saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1026

Oxşar yazılar