Millimizin Avropa çempionatındakı oyunlarının vaxtı açıqlandı
21 oktyabr 2020 11:49 (UTC +04:00)

Millimizin Avropa çempionatındakı oyunlarının vaxtı açıqlandı

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin I dövrəsindəki oyunların vaxtı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, F qrupunda Gürcüstan, Monteneqro və Yunanıstanla mübarizə aparacaq komandamız 2021-ci ilin yanvarın 7-9-da üç matça çıxacaq.

I dövrənin qarşılaşmaları Gürcüstanda keçiriləcək. Millimiz öncə Monteneqro, ardınca meydan sahibləri, son turda Yunanıstanla qarşılaşacaq.

Qeyd edək ki, seçmə mərhələnin F qrupunda II dövrə Monteneqroda oynanılacaq.

AVRO-2021-in seçmə mərhələsi

F qrupu, I dövrə

7 yanvar

16:00. Azərbaycan – Monteneqro

19:00. Gürcüstan – Yunanıstan

8 yanvar

16:00. Monteneqro – Yunanıstan

19:00. Azərbaycan – Gürcüstan

9 yanvar

16:00. Yunanıstan – Azərbaycan

19:00. Monteneqro - Gürcüstan

# 928
avatar

Oxşar yazılar