Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu ELAN EDİLDİ
13 oktyabr 2020 11:55 (UTC +04:00)

Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu ELAN EDİLDİ

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı bir ixtisasa qəbul ola bilməyən namizədlərə müraciət edib.

Qurumdan Lent.az-a verilən məlumata görə, 2020/2021-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 508 yerdən ibarət olub.

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 11 nəfəri DİM-in müəyyən etdiyi müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanında qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar). Ümumilikdə 74 plan yeri boş qalıb.

# 646
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar