10:24
05 Oktyabr 2020

Ordumuzun qan ehtiyatları ilə bağlı problemi yoxdur - MN

Qan vermək məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına vətəndaşlar tərəfindən xeyli sayda müraciətlər daxil olur.

Müdafiə Nazirliyindən Lent.az -a verilən məlumatda bildirilir ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur:

"Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur".

Dİgər xəbərlər