09:35
04 Oktyabr 2020

Uzun ömür sürmək nə ilə əlaqəlidir?

Uzunömürlülüyün müəyyən genlərlə əlaqəli olduğu məlum olub.

e-tibb.az xəbər verir ki, Boston Universitetinin alimləri insanın ömrünün nə qədər uzun olacağını proqnozlaşdırmaq barədə araşdırma aparıblar. Onlara görə, bunu 80% qiymətləndirmək mümkündür. Bu kəşf üçün genetik skrininq metodundan istifadə edilib. Mütəxəssislər, 100 və daha yuxarı yaşdakı insanların genomlarını araşdırıblar. Aparılan tədqiqatın nəticələrinin gələcəkdə yaşla əlaqəli xəstəliklərin qarşısını almağa və ya inkişafını təxirə salmağa kömək edəcəyini bildiriblər.
Daha əvvəl alman və ingilis alimləri yaşlanmanı yavaşladan bir əsas faktoru təyin edə bildiklərini bildiriblər. Bunun üçün qanda dəmirin səviyyəsinin normada olması əsas sayılıb.
Edinburq Universitetinin bioloqları və onların Almaniyanın Maks Plank Yaşlanma Biologiyası İnstitutundakı həmkarları tərəfindən aparılan araşdırmanın nəticələri Nature Communications jurnalında dərc edilib
.

Dİgər xəbərlər