"Bu səbəbdən iqtisadi inkişafla bağlı problemlər..." - Samir Şərifov
17 sentyabr 2020 13:14 (UTC +04:00)

"Bu səbəbdən iqtisadi inkişafla bağlı problemlər..." - Samir Şərifov

"Yeni növ koronavirus (COVID-19) pandemiyası qlobal iqtisadi inkişafa, ticarət axınlarına, sosial təminata görünməmiş zərbə endirib, lakin hazırda iqtisadi inkişaf və ticarət axınları ilə bağlı problemlər bizim həll etdiyimiz problemlər arasında prioritet deyil".

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın Maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 53-cü İllik Toplantısı çərçivəsində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) "Çıxarılan nəticələr və inkişaf yolu" mövzusunda təşkil etdiyi vebinarda çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, COVID-19 pandemiyası dövründə CAREC regionunun ölkələri ilk növbədə, insanların sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün pandemiya ilə mübarizə aparır və bu yöndə lazım olan addımları atır: "Məhz bu səbəbdən iqtisadi inkişaf və ticarət axınları ilə bağlı problemlər birinci sırada dayanmır".

S. Şərifov qeyd edib ki, hər bir böhran inkişaf üçün yeni imkanlar yaradır və Azərbaycan AİB-in CAREC proqramı üzərindən reallaşan təşəbbüsünü dəstəkləyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2213

Oxşar yazılar