"Atletiko Madrid"in baş məşqçisi koronavirusa yoluxdu
13 sentyabr 2020 01:30 (UTC +04:00)

"Atletiko Madrid"in baş məşqçisi koronavirusa yoluxdu

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone koronavirus infeksiyasına yoluxub.

Apasport.az saytının məlumatına görə, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bildirilir ki, komandada aparılan testlərin nəticəsi argentinalı mütəxəssisdə pozitiv çıxıb. Evində karantinə alınan Simeonu iki həftə komandasına rəhbərlik edə bilməyəcək. Onun yoxluğunda madridlilərə köməkçiləri məşq keçəcək.

Qeyd edək ki, "Atletko" La Liqada ilk oyununu III tur çərçivəsində sentyabrın 27-də "Qranada"ya qarşı keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2089

Oxşar yazılar