19:06
10 Sentyabr 2020

Rusiyada koronavirus daha 128 nəfəri öldürdü

Rusiyada son sutka ərzində daha 5 363 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 046 370 nəfərə çatıb.

Son sutka ərzində 128 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 18 263 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncüdür.

Dİgər xəbərlər