Payıza qədər pullanacaqlar   - Bu bürclərə TÖVSİYƏ
02 sentyabr 2026 09:09 (UTC +04:00)

Payıza qədər pullanacaqlar - Bu bürclərə TÖVSİYƏ

0

2026-cı il sentyabrın 22-dək davam edəcək Qız mövsümü beş bürc üçün maliyyə baxımından xüsusilə uğurlu ola bilər. Astroloqların fikrincə, yaxın həftələrdə bu bürcləri gəlirləri artırmaq və maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün yeni imkanlar gözləyir.

Lent.az xəbər verir ki, hazırda Günəş Qız bürcündədir və bu dövr ənənəvi olaraq detallara diqqət, praktik yanaşma və rasional qərarlarla əlaqələndirilir. Buna görə də Qız mövsümü bəzi insanları gələcəkdə maliyyə nəticələri verə biləcək daha ölçülü qərarlar qəbul etməyə sövq edə bilər.

Qız

Qızlar üçün öz bürc mövsümü başlayıb. Buna görə də məhz indi onların maliyyə vəziyyətinə və əldən çıxmış imkanlara daha diqqətlə nəzər salması tövsiyə olunur.

Astroloq Helena Hatorun sözlərinə görə, yaxın həftələrdə Qızlar maliyyə qeydlərini yenidən nəzərdən keçirərək və əvvəllər diqqətdən qaçan detallara baxaraq “gizli bolluq” aşkarlaya bilərlər.

Astroloq həmçinin bu bürcün nümayəndələrinə yeni tanışlıqlara və başqalarına kömək etməyə daha çox diqqət ayırmağı məsləhət görür. Bu, gözlənilməz imkanlar yarada bilər. Bundan başqa, Qızlar keçmişdə verdikləri bəzi maliyyə qərarlarını, o cümlədən vəsaitlərin geri qaytarılması ilə bağlı məsələləri yenidən nəzərdən keçirməyə hazır olmalıdırlar.

Xərçəng

Qız mövsümündə Xərçənglərin ünsiyyət bacarıqları xüsusilə faydalı olar. Hator hesab edir ki, bu bürc nümayəndələrinin sözləri, paylaşımları və peşəkar ideyaları bu dövrdə gəlir gətirə bilər.

Xüsusilə karyera layihələri üçün əlverişli dövrdür. Astroloqun fikrincə, maliyyə baxımından müsbət təsirin Qız mövsümü başa çatdıqdan sonra da davam etmək ehtimalı var.

Xərçənglərə əldə etdikləri ilə kifayətlənməmək, pullarını ehtiyatlı və strateji şəkildə idarə etməyə davam etmək tövsiyə olunur.

Dolça

Dolçalar üçün Qız mövsümü maliyyə şərtlərini ciddi şəkildə yenidən qiymətləndirmək dövrünə çevrilə bilər. Astroloqlar xüsusilə passiv gəlir və iş müqavilələrinə diqqət yetirməyi məsləhət görürlər.

Helena Hatorun proqnozuna görə, belə bir yenidən baxışdan sonra Dolçalar sentyabrın 22-dək daha əlverişli maliyyə mövqeyinə çıxa bilərlər.

Son aylarda məyusluq və ya durğunluq hissi yaşayan Dolçalara danışıqlar zamanı sakit qalmaq tövsiyə olunur. Ölçülü yanaşma daha sərfəli iş və maaş şərtləri əldə etməyə kömək edə bilər.

Buğa

Qız mövsümü Buğalar üçün də əlverişli dövr hesab olunur, çünki hər iki bürc torpaq ünsürünə aiddir.

Helena Hatorun sözlərinə görə, sentyabrın 22-dək Buğaların atdığı addımlar nəzərəçarpacaq nəticələr verə bilər.

Astroloq Valeri Mesa isə Buğalara həyatın yalnız maddi tərəfinə fokuslanmamağı tövsiyə edir. Onun sözlərinə görə, Qız mövsümü sevinc, istirahət və həqiqətən ilham verən məşğuliyyətlər üçün daha çox yer ayırmağı tələb edir.

Astroloqlar hesab edirlər ki, bu balans Buğalara öz istəklərini daha yaxşı anlamağa və uzunmüddətli perspektivdə rifahı artıracaq qərarlar verməyə kömək edər.

Oğlaq

Oğlaqlar üçün Qız mövsümü yeni biliklər, səyahətlər və qeyri-adi imkanlar vasitəsilə uğur gətirə bilər.

Valeri Mesanın sözlərinə görə, bu dövr doqquzuncu evi — macəra, təhsil və yeni kəşflər sahəsini aktivləşdirir.

Oğlaqlara rahatlıq zonasından çıxmaqdan çəkinməmək tövsiyə olunur. Yeni təhsil, səfər, biznes layihəsi yaxud mühüm bir kəşf uzun müddətdir gözlənilən dəyişikliklər və maliyyə uğuru üçün başlanğıc nöqtəsinə çevrilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 106

Oxşar yazılar