1315
12:02
09 Sentyabr 2020

Pandemiya dövründə işdən çıxan həkimlərlə bağlı YENİ TƏKLİF

“Əlilliyin təyin edilməsi məsələsi ilə bağlı Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, müvafiq qurumlar birgə treninq təşkil etsə, bu sahədə problemlər aradan qalıxar”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədrinin müavini Məlahət İbrahimqızı bildirib.

M. İbrahimqızı deyib ki, pandemiya dövründə tibb işçiləri qəhrəmanlıq göstəriblər, ön cəbhədədirlər: “Dünyasını dəyişən tibb işçiləri də var. Ancaq bir neçə baş həkim dedi ki, pandemiya başlayanda bəzi tibb işçiləri ərizə verərək işdən çıxıblar. Arqumentləri də bu olub ki, virusu evə aparmaq istəmirlər. İndi isə həmin tibb işçiləri geri qayıtmaq istəyirlər, çünki pandemiya səngiyib. Ön cəbhədən qaçanların yenidən işə bərpa olunması nə dərəcədə düzgündür? Baş həkimlər xahiş edirlər ki, Əmək Məcəlləsinə dəyişiklik edilsin, o həkimlər heç özəl xəstəxanalarda da işə götürülməsin”.