Bakıda məktəbdə yıxılan şagird xadimənin qızı imiş - YENİLƏNİB
07 sentyabr 2020 13:16 (UTC +04:00)

Bakıda məktəbdə yıxılan şagird xadimənin qızı imiş - YENİLƏNİB

Hadisə ilə əlaqədar Lent.az-a 313 nömrəli məktəbdən bildirilib ki, yıxılan məktəbli məktəbdə xadimə işləyən anasının dalınca gəlib:

"Və yıxılaraq ayağından xəsarət alıb. Təcili yardım çağırılıb, ayağında sınıq olduğu aşkar edilib. Müvafiq tibbi yardım və zəruri tədbirlər görülüb.

Məktəblinin hazırda vəziyyəti isə qənaətbəxşdir".

***

12:37

Bakıda IX sinifdə oxuyan qız 3 mərtəbədən yıxılıb. 

APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 saylı məktəbdə baş verib. Həmin məktəbdə oxuyan, IX sinifdə oxuyan qız 3 mərtəbədən yıxılaraq, ağır xəsarət alıb.

Məktəbli təcili xəstəxanaya aparılıb.

Səhiyyə Nazirliyindən APA-nın sorğusuna verilən cavaba görə, Sulutəpə qəsəbəsində 313 nömrəli məktəbdə 15 yaşlı şagirdin hündürlükdən yıxılması barədə Təcili Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Stansiyadan verilən məlumata görə, yaralı sol budun aşağı 1/3-nin açıq sınığı diaqnozu ilə Respublika Kliniki Xəstəxanasına aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9638

Oxşar yazılar