Hindistan koronavirusa yoluxanların sayına görə Braziliyanı keçdi
07 sentyabr 2020 19:44 (UTC +04:00)

Hindistan koronavirusa yoluxanların sayına görə Braziliyanı keçdi

Hindistan yeni növ koronavirusa (COVID-19) yoluxanların sayına görə Braziliyanı keçib.

APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. Beləliklə, Hindistan koronavirusa yoluxanların sayına görə ABŞ-dan sonra ikinci yerdədir.

Ölkədə son sutka ərzində 90 632 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Hindistanda indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 4 204 613 nəfərə çatıb.

Qeyd edək ki, ABŞ-da indiyə qədər 6276365 nəfər virusa yoluxub, Braziliyada isə bu rəqəm 4 137 521-dir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1920

Oxşar yazılar