18:09
06 Sentyabr 2020

Bu ölkədə milyonlarla insan evakuasiya edilir

Bu gün “Hayşen” qasırğasının yaxınlaşması ilə əlaqədar Yaponiyanın yerli hakimiyyət orqanlarına ölkənin cənub və cənub-qərbində yerləşən yaşayış məntəqələrindən 1,840 milyon sakinin evakuasiya edilməsi barədə tapşırıq verilib.

Lent.az -ın xəbərinə görə, bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb.

Evakuasiya planı Saqa, Naqasaki, Kumamoto, Oita, Miyadzaki və Kaqosima əyalətlərini əhatə edir. Eyni zamanda ölkənin cənub və cənub-qərbində yaşayan 5,7 milyondan çox insana qasırğa ilə əlaqədar evakuasiyaya dair tövsiyə verilib.

Yaponiya Milli Meteorologiya İdarəsi sutka ərzində 600 mm-ə qədər yağıntı düşəcəyi barədə xəbərdarlıq edib. Bəzi rayonlarda küləyin sürəti saniyədə 50 metrə çatır.

Bu gün “Hayşen” qasırğası ilə əlaqədar 550-dən çox daxili aviareys təxirə salınıb, sentyabrın 7-dən isə ölkənin cənub və cənub-qərbində qatarların hərəkəti dayandırılacaq.

Dİgər xəbərlər