1224
13:05
27 Avqust 2020

Müəllimlərin məlumatlarının göndərilməsi başa çatdı

Sentyabrın 3-ü və 8-də keçirilməsi nəzərdə tutulan müəllinlərin işə qəbul imtahanlarında iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumatlar göndərilib. Həmin tarixlərdə texnologiya, informatika, coğrafiya və tarix fənləri üzrə növbəti test imtahanları keçiriləcək.

Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, bununla da müsabiqədə iştirak edəcək namizədlərin şəxsi səhifələrinə məlumatların göndərilməsi başa çatıb. Şəxsi səhifəsinə müvafiq məlumatın göndərilməsi ilə bağlı hər hansı problemlə qarşılaşan namizədlər Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (əlaqə telefonu-146) müraciət edə bilərlər.

Dİgər xəbərlər