11:59
21 Avqust 2020

Emre Belozoğlunun qarajında sərvət yatır

Aktiv futbol həyatına son qoyan Emre Belozoğlu Etilerdə obyektivə tuş gəlib.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, Emre Belozoğlu Etilerde bir məkanda dostları ilə görüşüb və söhbət edib. Oradan çıxanda “Fənərbaxça” maskası ilə şəkil çəkdirən 39 yaşlı keçmiş futbolçunun 3 milyon lirə dəyərində olan “Audi RS6” markalı maşını diqqət çəkib.

Maşın sevgilisi olduğu bilinən Belpzoğlunun qarajında 3 milyon lirə dəyərində bir “Mercedes G63” markalı cip, 4 milyon lirə dəyərində BMW M8 markalı idman avtomobili və 1 milyon lirə dəyərində Bmw X5 markalı cip var.

Dİgər xəbərlər