11:55
19 Avqust 2020

Ebru Gündeş ərinin aldığı atı satdı - FOTO

Ebru Gündeş 8 il əvvəl Rza Zərrabın 800 min lirəyə aldığı yarış atını 100 min lirəyə satıb.

Lent.az Türkiyə mediasına istinadən məlumat verir ki, Rza Zərrab 2012-ci ildə Ebru Gündeşə hədiyyə olaraq 800 min lirəyə yarış atı alıb.

2 ildir TJK yarışlarına qatılan Duty Free adlı yarış atı, yarışlardan Ebru Gündeşə 1 milyon 764 min lirə qazandırıb.

İllər keçəndən sonra yarış atını Ebru Gündeş satışa çıxarıb.

Sağlamlığına və baxımına çox böyük xərclər sərf olunan atı almaq istəyən heç də az olmayıb. Gündeş, atını Amerikada yaşayan bir türkə 100 min lirəyə satıb.

Dİgər xəbərlər