İki avtomobil toqquşdu: xəsarət alanlar var
18 avqust 2020 19:47 (UTC +04:00)

İki avtomobil toqquşdu: xəsarət alanlar var


Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması zamanı 1986-cı il təvəllüdlü İsgəndərov Məqsəd Şakir oğlu və 1986-cı il təvəllüdlü Tağıyeva Nuranə Vilayət qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2407

Oxşar yazılar