Rusiya tarixində ən böyük almaz tapıldı
10 avqust 2020 17:45 (UTC +04:00)

Rusiya tarixində ən böyük almaz tapıldı

Rusiya Federasiyasının Yakutiya respublikasında tünd sarı rəngli 236 karat almaz tapılıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər veir ki, bu, Rusiyada bu günə kimi çıxarılmış ən böyük rəngli almazdır.

Almazı çıxaran şirkətin verdiyi açıqlamaya görə, tapılan qiymətli daş 120-230 miliyon illik tarixə malikdir.

Alrosa şirkətinin kəsmə və cilalanma şöbəsinin müdiri Pavel Vinixin, almaz haqqında açıqlam verib: "Belə böyük bir rəngli almaz tapmaq nadir bir kəşfdir. Almaz “Alrosa”nın Birləşdirilmiş Satış Təşkilatında mütəxəssislərimiz tərəfindən nəzərdən keçirilərək qiymətləndirilir. Sonra istehsalçılarımıza xammalı kəsmək və ya satmaq qərarı verəcəyik."

# 3361
avatar

Aygün İbrahimli

Oxşar yazılar