Azərbaycanda su anbarında daşlaşmış ağac parçası tapıldı - FOTO
05 avqust 2020 17:42 (UTC +04:00)

Azərbaycanda su anbarında daşlaşmış ağac parçası tapıldı - FOTO

Mingəçevir su anbarında daşlaşmış ağac parçası tapılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, daşlaşmış ağac parçası anbarda suyun enməsi nəticəsində üzə çıxıb. Balıqçılar tərəfindən aşkarlanan eksponat heykəltəraş Böyükkişi Adilbəyliyə təqdim edilib.

Böyükkişi Adilbəyli bildirib ki, ağacın dəqiq yaşını dəqiqləşdirmək üçün mütəxəssislərə müraciət etmək niyyətindədir. O qeyd edib ki, əvvəllər də Mingəçevir su anbarından suyun çəkilməsi nəticəsində qədim heyvan qalıqları tapılıb.

# 4378
avatar

Oxşar yazılar