17:00
29 İyul 2020

Torpaq yolla sərnişin daşıyan sürücü həbs edildi - FOTO

Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta sərnişinlərin hərəkətinə şərait yaradan daha bir sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Xızı rayon sakini Anar İbrahimov tutulub. Araşdırma zamanı onun idarə etdiyi avtomobillə müvafiq icazəsi olmadan Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən postdan kənar, torpaq yolla paytaxta sərnişin daşıdığı məlum olub.

Saxlanılan sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Karantin qaydalarını pozan Anar İbrahimov məhkəmənin qərarı ilə 25 sutka inzibati qaydada həbs edilib.

Daxili İşlər Nazirliyi karantin qaydalarını pozaraq bölgələrdən paytaxta və əks istiqamətdə qanunsuz yolla sərnişin daşıyan sürücülərə bir daha xəbərdarlıq edərək onlardan Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət etməyi tələb edir. Əks halda həmin sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində ciddi intizm tədbirləri görüləcəkdir.

Dİgər xəbərlər