08:23
25 İyul 2020

ABŞ-ın hərbi aviabazasında atışma: 1 nəfər ölüb, yaralılar var


ABŞ-ın Florida ştatında yerləşən Hərbi Hava Qüvvələrinə məxsus “Hurlbert Field” hərbi bazasında silahlı insident baş verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb.

ABŞ Hərbi Hava Qüvvələrinin İlk Xüsusi Əməliyyat Qanadının Komandanı polkovnik Jocelyn Şermerhorn “facebook” səhifəsində ölən şəxsin ailəsinə başsağlığı verib.

Aviabaza rəhbərliyi atışmada iştirak edənlərin şəxsiyyətlərinin hazırda açıqlanmadığını vurğulayıb.

Zərərçəkən digər hərbçilər yaxınlıqdakı xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Dİgər xəbərlər