13:58
18 İyul 2020

Piyada qadını avtomobil vuraraq öldürdü

İyulun 17-də saat 8 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini F. Qədirov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən paytaxt sakini Sənubər Babayevanı vurub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA -ya verilən məlumata görə, S. Babayeva hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Dİgər xəbərlər