5548
19:08
17 İyul 2020

Azərbaycanda doğulan uşaqların statistikası: 32 mindən çox oğlan, 28 mindən çox qız

Bu ilin 6 ayı ərzində 60.094 doğum dövlət qeydiyyatına alınıb.

Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 32.074-ü oğlan, 28.020-i qız cinsindən olub.

Həmçinin 1.422 əkizin, 81 üçəmin doğumu qeydə alınıb.