2716
06:09
15 İyul 2020

Hazırda fəaliyyət göstərməyən tibb məntəqəsi yandı

Ağsu rayonunun Cəlayir kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli hazırda fəaliyyət göstərməyən tibb məntəqəsinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA -ya verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.