Bu siniflər üçün yeni dərsliklər hazırlanıb
03 iyul 2020 12:25 (UTC +04:00)

Bu siniflər üçün yeni dərsliklər hazırlanıb

2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulur.

Lent.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, ümumi təhsil müəssisələrinin I, V və IX sinif şagirdləri üçün bəzi dərsliklər yenidən tərtib edilib, bəziləri isə təkmilləşdirilib.

I siniflər üçün “Musiqi” və “Texnologiya”, V siniflər üçün “Fiziki tərbiyə”, “Rus dili (ikinci xarici dil)” və “İngilis dili (ikinci xarici dil)” dərslikləri ilk dəfədir tərtib edilib. Əvvəllər bu dərsliklər olmayıb və fənnin tədrisi müəllim üçün hazırlanan metodik vəsaitlər vasitəsilə həyata keçirilirdi.

I, V və IX siniflər üçün xarici dil fənni üzrə dərsliklərə müvafiq audio fayllar əlavə edilib. Audio fayllar həmçinin I sinif "Musiqi", V sinif “Azərbaycan dili (dövlət dili)” dərslikləri üçün də hazırlanıb. 

# 1981
avatar

Aygün İbrahimli

Oxşar yazılar