“Ekspress-testlərdən tam diaqnoz qoymaq üçün istifadə edilə bilməz”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Y. Qarayeva deyib ki, ekspress testlərdən diaqnostik məqsədlərlə istifadə olunmamalıdır: “Çünki Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən belə ekspress- testin təsdiqi barədə məlumat almamışıq”.