4510
14:34
30 İyun 2020

İki rayona və iki şəhərə yeni prokurorlar təyin edildi - YENİLƏNİB

Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Fuad Məmmədova Şirvan şəhərinin, Müqəddəs Sultanova isə Sumqayıt şəhər prokuroru vəzifəsinin icrası həvalə edilib.

***

14:10

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Lent.az -ın məlumatına görə, baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Vüqar Əhmədliyə Kəlbəcər rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Bundan başqa, baş prokurorun digər əmri ilə Kamran Məmmədova Goranboy rayon prokuroru vəzifəsinin icrası həvalə olunub.