07:12
27 İyun 2020

ABŞ-da 3 nəfər antibakterial əl geli içərək öldü

ABŞ-ın Nyu Meksiko ştatında 7 nəfər antibakterial əl geli içib, onlardan 3-ü dünyasını dəyişib, 1-i isə ömürlük kor olub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “KOAT” telekanalı məlumat yayıb.

Dövlət Səhiyyə Departamentinə istinadən verilən xəbərə görə, digər 3 nəfərin vəziyyəti ağırdır.

Buna səbəb həmin şəxslərin geli metil spirt zənn etmələri olub.

Qeyd edək ki, digər ölkələrdə olduğu kimi, ABŞ-da da koronavirus pandemiyası fonunda antibakterial gellər geniş yayılıb. İnsanlar daim olaraq metil spirtindən, eləcə də xüsusi gellərdən virusdan qorunma vasitəsi kimi istifadə edirlər.

Dİgər xəbərlər