07:46
26 İyun 2020

Hərbi hissə yaxınlığında güclü partlayış oldu - TEHRANDA

İranın paytaxtı Tehranda güclü partlayış baş verib.

APA-nın Tehran bürosu xəbər verir ki, partlayış Tehranın şərqində, İran Müdafiə Nazirliyinin bazalarının birinin yaxınlığında meydana gəlib.

Nazirliyin nümayəndəsi Davud Abdinin verdiyi məlumata görə, partlayış nəticəsində güclü yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. İran Müdafiə Nazirliyi partlayışın bazanın yaxınlığında yerləşən qaz çənində baş verdiyini və nazirliyin bazasına aid olmadığını açıqlayıb.

İnsident zamanı, həmçinin xəsarət və ölüm hallarının olmadığı da qeyd edilib.

Dİgər xəbərlər