17:23
24 İyun 2020

Rusiya klubunun futbolçu və məşqçi heyəti karantinə alındı

Rusiyanın “Lokomotiv” klubunun futbolçu və məşqçi heyəti karantinə alınıb.

Apasport.az saytının məlumatına görə, bunu Moskva təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Bildirilir ki, əsas komandanın bütün üzvləri klubun bazasında izolyasiya olunub. Bu addım Premyer Liqada yoluxma hallarının artması ilə bağlıdır.

Qeyd edək ki, hələlik yalnız “Dinamo” və “Rostov”da koronavirus aşkarlanması rəsmən təsdiqlənib.

Dİgər xəbərlər