09:20
23 İyun 2020

Xalq artistindən GÖZLƏNİLMƏZ SÖZLƏR: "Nankorluq etdi..." - VİDEO

Xalq artisti Ceyran Haşımova "Səhər-səhər" verilişində qonaq olub. Lent.az -ın məlumatına görə, Haşımova verilişdə bildirib ki, mərhum müğənni Nəzakət Məmmədova ona qarşı haqsızlıq edib:

"İndi də deyirəm ki, 4 il ona analıq etdim. Adi, sıradan, dünyagörüşü olmayan biri idi. Onu gözəlləşdirdim, səhnə mədəniyyəti öyrətdim. Nəzakət Nəzakət olandan, "Leyli və Məcnunda" Leyli oynayan vaxtdan pis iş gördü. Bir gün Nəzakət məşqə gəldi, dedim ki, get. Artıq sənlə işləmək istəmirəm.

Ona ana, dost, rəfiqədən ötəsi oldum. Hamı bilir necə kasıb olub. Hətta onun övladı mənim ansamblımda dünyaya gəldi. Nankorluq etdi. Onun uşağının adını mən Ceyhun qoydum".

Dİgər xəbərlər