16:25
18 İyun 2020

“Kadr siyasətinizi ürəkdən dəstəkləyirik” – Şəhid qardaşından Prezidentə məktub

Respublikanın müxtəlif bölgələrindən vətəndaşlar tərəfindən Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlanmaqda davam edir.

Lent.az məcburi köçkün, şəhid qardaşı Gülmalıyev Bəhman Çərkəz oğlunun məktubunu təqdim edir:

“Çox hörmətli cənab Prezident.

Mən Ağdam rayonunun Xıdırlı kəndindən məcburi köçkünəm. Qardaşım torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mən öz ailə üzvlərimlə birlikdə məcburi köçkün düşdükdən sonra 16 il Yevlax rayonunda yerləşən EKO qəsəbəsində yaşamışam. Ulu öndərimiz Heydər Əliyev həmin qəsəbədə 2 dəfə olub, hətta bir toy məclisində də iştirak edib. Sonra Sizin rəhbərliyinizlə Yevlax şəhərində bütün standartlara cavab verən müasir mənzillər, məktəb, uşaq bağçası ilə təmin olunduq. Hazırda qəsəbəmizdə 615 ailə məskunlaşıb.

Çox hörmətli cənab Prezident, biz - məcburi köçkünlər, şəhid ailələri Sizin və Mehriban xanım üçün gecə və gündüz Allaha dua edirik. Sizin son dövrlərdə həyata keçirdiyiniz kadr siyasətinizi də ürəkdən dəstəkləyirik. Xalqın malına, xüsusilə də imkansız ailələrə ayrılan yardımlara göz dikən şəxslərin cəzalandırılması digərlərinə örnək olmalıdır. Bütün qaçqın və məcburi köçkünlər, şəhid ailələri və 20 nəfərlik ailə üzvlərim adından Sizə minnətdaram. Ona görə ki, Siz xalqını, Vətənini, torpağını sevən və müstəqil Azərbaycanın inkişafı yolunda durmadan çalışan lidersiniz. Biz Sizinlə fəxr edirik. Allah Sizə yar olsun”.

Dİgər xəbərlər