18868
05:13
02 İyun 2020

Yerə doğru təhlükəli asteroid yaxınlaşır

Şənbə günü ölçüləri 250-570 metr olan və potensial təhlükə hesab edilən bir asteroid Yerə yaxınlaşacaq.

APA xəbər verir ki, bu barədə NASA-nın tədqiqat bölmələrindən birinin saytında bildirilib.

Asteroid planetimizlə ən yaxın məsafədən iyunun 6-da Bakı vaxtı ilə saat 07:20-də keçəcək. Alimlər həmin vaxt onun Yerlə toqquşacağına dair proqnoz verməyib. Çünki səma cismi Ayın orbitindən 13 dəfə uzaq məsafədən keçəcək. Bununla yanaşı, asteroidin hərəkət trayektoriyası Yerin orbiti ilə kəsişdiyindən, o, ciddi təhlükə hesab olunur.

Asteroid 2002-ci ildə aşkar olunub. Onun Günəş ətrafında bir dövr vurması təxminən 300 Yer sutkasına bərabərdir.